Xəbərlər / Təhsil xəbərləri

Blok imtahanı üçün qeydiyyat 29 aprel tarixinə qədər davam edir

Blok imtahanına qeydiyyat başladı!

Məlum olduğu kimi, ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu iki mərhələdə olmaqla aparılır. Ərizə qəbulunun birinci mərhələsi 2026-cı il fevralın 18-dən martın 5-dək həyata keçirilib. Həmin mərhələdə ali təhsil müəsssiələrinə (o cümlədən V ixtisas qrupu üzrə) və tam (11 illik) orta təhsil bazasında kollecə qəbul olmaq istəyənlər qeydiyyatdan keçiblər.

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlər 2026-cı il aprelin 16-dan 29 aprel saat 23:59-dək imtahan vermək istədikləri ixtisas qrupunu seçib qeydiyyatdan keçməlidirlər.

Qeydiyyat prosesində köməklik üçün əlaqə: 055 221 97 02