Bakının Nəsimi rayonunda, “28 May” metro stansiyasının qarşısında lotereya satışı məntəqəsindən oğurluq edilib.
Bakının Nəsimi rayonunda, “28 May” metro stansiyasının qarşısında lotereya satışı məntəqəsindən oğurluq edilib. Polis şöbəsinə verilən məlumata görə, noyabrın 18-də lotereya satışı məntəqəsindəki piştaxtanın üzərindən 90 lotereya bileti talanıb.
Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Nəsimi Hüseynov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.