Zaqatalada gənc qadın küçədə öldürüldü
Şəhərin mərkəzində Aygün Həşimova adlı qadın küçədə naməlum şəxs tərəfindən bıçaqlanaraq öldürülüb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, noyabrın 24-ü saat 09 radələrində Zaqatala şəhərində 1989-cu il təvəllüdlü Həşimova Aygün Mikayıl qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.Cinayət əməlini törətməkdə şübhəli bilinən 1991-ci il təvəllüdlü Səfərov Əli Fərhad oğlu saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.