Ümumi xəbərlər

Bu gün “Günəşli” yatağında baş verən faciədən 8 il ötür.

2015-ci il dekabrın 4-də “Günəşli” neft yatağı platformasının cənub bölməsində baş vermiş dəhşətli yanğın nəticəsində 11 neftçi həlak olub, 19 nəfər isə itkin düşüb. 2020-ci ilin may ayında daha üç neftçinin cəsədi dənizdən tapılıb.

Qəza baş verən zamanı platformada olan 63 işçidən 33 nəfəri xilas edilib.