Təhsil xəbərləri

Adım Safura Əlizadə. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 4-kurs tələbəsi

Türkün Gücü
Başı qarlı zirvələr fəth edən igid,
Düşməni təkbətək məhv edən igid.
Yalnız bayraq önündə əyilən igid,
Göstərdin dünyaya Türkün gücünü.

Sən bu bayraqda aysan, ulduzsan,
Ululardan ulusan vətən yolusan,
Sən Öndər nəvəsi, İlham oğlusan,
Göstərdin dünyaya Türkün gücünü.

Bu başım qurbandı axan qanına,
Xocalını qoymadın düşmən yanına,
Biz Vətən borcluyuq sənin payına,
Göstərdin Dünyaya türkün gücünü.

Vüqarlı dağlardan bir salam göndər, 
Yaz tarixi yenidən yolları döndər,
Ruhun şad olsun Ey ULU ÖNDƏR,
Göstərdik dünyaya Türkün gücünü!🇹🇷🇦🇿

Müəllif:Safura Əlizadə