Təhsil xəbərləri

​📢 Respublika fənn olimpiadalarında iştirak üçün elektron qeydiyyat prosesinə start verilir.

Respublika fənn olimpiadalarında iştirak üçün elektron qeydiyyat prosesinə start verilir. Prosesə bu gün saat 15:00-dan başlanılacaq. Şagirdlər https://portal.edu.az/ platforması üzərindən qeydiyyatdan keçməklə "Müsabiqə və olimpiadalar" bölməsində müvafiq xidmətdən faydalana bilərlər:

1323 noyabr tarixlərində qeydiyyat və sorğuların qəbul edilməsi;

28 noyabrdan buraxılış vərəqələrinin şəxsi kabinet vasitəsilə əldə edilməsi prosesi həyata keçiriləcək. Qeyd edək ki, respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi informatika fənni üzrə dekabrın 16 (8-9-cu siniflər) və 17-də (10-11-ci siniflər), digər fənlər üzrə isə dekabrın 24-də keçiriləcək.

Fənn olimpiadalarının keçirilməsində məqsəd şagirdlərdə özünəinam hissini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etməklə onların potensial imkanlarının inkişafı istiqamətində tədbirlər müəyyənləşdirmək, həmçinin məktəblilərin ixtisas və peşə seçiminə hazırlanması üçün zəmin yaratmaqdır.

Fənn olimpiadaları Kapital Bankın baş sponsorluğu ilə təşkil edilir.