Təhsil xəbərləri

Dövlət qulluğu üzrə imtahanın nəticələri elan olunub

Dövlət İmtahan Mərkəzi (DİM) ötən gün keçirilən kağız daşıyıcılar vasitəsilə BB vəzifə qrupu üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanının nəticələrini açıqlayıb.

Bu barədə Dövlət imtahan Mərkəzi məlumat yayıb.
Qeyd edilib ki, namizədlər imtahan nəticələri ilə buradan tanış ola bilərlər.
İştirakçılar imtahan nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanında 247 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, BB1 altqrupu üzrə 56, BB2 altqrupu üzrə 71, BB3 altqrupu üzrə 53, BB4 altqrupu üzrə 36 nəfər olmaqla, ümumilikdə 216 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.