📌Anlaşma memorandumuna əsasən,
✅ müəllim və tədqiqatçı alimlərin, elmi materialların və məlumatların mübadiləsi,
✅ birgə tədqiqat layihələrinin aparılması,
✅ BDU-da Kibertəhlükəsizlik laboratoriyasının yaradılması,
✅ 2024-cü ilin yanvar ayından doktorantura üzrə riyaziyyat və kimya sahələrində ikili diplom proqramlarına başlanılması barədə razılığa gəlinib.
❗İkili diplom proqramları əvvəl doktorantura, sonra isə magistratura və bakalavriat səviyyələrində kompüter elmləri, tətbiqi riyaziyyat, kimya, fizika və digər sahələrdə reallaşdırılacaq
📌 Növbəti ilin fevral ayından BDU və İTU arasında “Erasmus” mübadilə proqramına başlanılması da qərara alınıb.