Bu haqda bu gün, 16 noyabr tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən məlumat verir.
İngilis dili müəllimi olan Süleymanova Hindistanda AKS (Alert Knowledge Service – Sürətli Təhsil Xidməti) təşkilatı tərəfindən keçirilən beynəlxalq müsabiqədə “Qlobal müəllim” mükafatına layiq görülüb. Ona kubok və sertifikat təqdim olunub. Müsabiqədə 100 ölkədən seçilmiş müəllimlər iştirak ediblər.
Mükafatlandırma mərasimində Azərbaycan Respublikasının Hindistandakı Səfirliyinin birinci katibi Fəxri Əliyev də iştirak edib.
Daha öncə Süleymanova Dubayda keçirilən Qlobal Təhsil Mükafatları müsabiqəsində “İlin pedaqoji lideri” nominasiyası üzrə qalib olub.