Elm və Təhsil Nazirliyindən bildirilib ki, şagirdlər https://portal.edu.az/ platforması üzərindən qeydiyyatdan keçməklə “Müsabiqə və olimpiadalar” bölməsində müvafiq xidmətdən faydalana bilərlər:
✅13 – 23 noyabr tarixlərində qeydiyyat və sorğuların qəbul edilməsi;
✅28 noyabrdan buraxılış vərəqələrinin şəxsi kabinet vasitəsilə əldə edilməsi prosesi həyata keçiriləcək.
Qeyd edək ki, respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi informatika fənni üzrə dekabrın 16 (8-9-cu siniflər) və 17-də (10-11-ci siniflər), digər fənlər üzrə isə dekabrın 24-də keçiriləcək.