Təhsil xəbərləri

Sertifikatlaşdırma prosesində  uğur qazanan müəllimlərə sertifikatlar elektron sənəd formasında veriləcək.

Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”ndakı dəyişikliklərə əsasən,  təhsilverənlərin sertifikatlaşdırılması prosesində uğur qazanan müəllimlərə elektron sənəd formasında yaradılan sertifikat veriləcək.

Bu əlçatanlıq  müəllimlərə sertifikatların təqdim edilməsi prosesində şəffaflığı və səmərəliliyi təmin edəcək.