Təhsil xəbərləri / Ümumi xəbərlər

11-ci sinif şagirdini 40 yaşlı kişiyə ərə veriblər❗

Azərbaycanda yeniyetmə qızın 40 yaşlı kişiyə ərə verildiyi iddia olunur. 

Hadisə Göygöl rayonunda qeydə alınıb. Bildirilir ki, 17 yaşlı qız 40 yaşlı kişiyə ərə verilib. Bir müddət sonra yeniyetmə əri ilə getdiyi toyda başqa kişiyə qoşularaq qaçıb. Kişi isə daha sonra qızdan imtina edib.

11-ci sinif şagirdi olan yeniyetmənin qardaşı tərəfindən öldürülmə təhlükəsi olduğu vurğulanır. Qızın atası isə xaricdədir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu faktla bağlı araşdırma aparıldığını bildirib.

Daxili İşlər Nazirliyindən məsələ ilə bağlı bildirilib ki, evdən qaçan qız tapılıb və ailəsinə təhvil verilib. Onun həyatına heç bir təhlükə yoxdur.

Bundan əlavə, yeniyetmənin qaçan zaman evdən 5000 AZN dəyərində qızıl-zinət əşyaları da oğurladığı qeyd olunub.