ADA-ya 696 bal ilə qəbul olmuş tələbə dünyasını dəyişdi🥀
ADA Universitetinin IV kurs tələbəsi Sərxan Həsənov vəfat edib.
Onun gecə saatlarında dəm qazından boğularaq dünyasını dəyişdiyi bildirilib.
Qeyd edək ki, S.Həsənov 2020-ci ildə qəbul imtahanlarında 696 bal toplayaraq III qrup üzrə ölkə birincisi olub. Prezident təqaüdçüsü ADA Universitetinin Hüquq fakültəsinin IV kurs tələbəsi idi.
Allah rəhmət eləsin!