Təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, Aygün Rəhimova təhsil müəssisəsinin direktor müavini vəzifəsini icra edəcək.
Aygün Rəhimova təhsil sahəsində bir çox uğur və nailiyyətlər qazanıb. 2017-2020-ci illərdə Sumqayıt Şəhər Gənc Müəllimlər şurasının sədri, Dövlət İmtahan Mərkəzində ekspert müəllim, “Zəfər tarixi” layihəsinin iştirakçısı, Təhsil Nazirliyinin tarix fənni üzrə “Teledərs” layihəsində müəllim kimi fəaliyyət göstərib.
2005-ci ildən etibarən Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimov adına
28 nömrəli tam orta məktəbdə tarix müəllimi kimi çalışıb.