Türkiyə-Azərbaycan Universitetinin binası Bakıda olacaq
Bunu elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli deyib.
"Universitetdə birgə tədris prosesi Türkiyə və Azərbaycan müəllimləri tərəfindən aparılacaq. Tədris dili ilk olaraq türk və ingilis dili üzrə olacaq. Artıq bu yaydan tələbələr ixtisas seçimində Türkiyə- Azərbaycan Universitetini seçə biləcəklər".